"Şou əhlinin əksəriyyəti savadsız, tərbiyəsiz, ailə tərbiyəsi görməyən, dünya görüşü olmayan bəsit, primitiv adamlardı”
Bu sözləri Aznews.az-a jurnalist-teletənqidçi Qulu Məhərrəmli son günlər televiziya verilişlərində etik normaları aşaraq, süni qalmaqal yaradan şou nümayəndələri haqda danışarkən deyib.
O, təəssüflə bildirib ki, televiziyalar bu səviyyəli şou nümayəndələrini xalqın az qala qəhrəmanları kimi təqdim edirlər:
"İndi bizdə elm adamları, cəmiyyətin parlaq nüfuzlu insanları qalıb kənarda, şou qəhrəmanları gündəmi zəbt ediblər. Mən bunun günahını müğənnilərdə yox, televiziyalarda görürəm”.
Teletənqidçi hesab edir ki, televiziyalar ictimaiyyət qarşısında məsuliyyət hissini itirib:
"TV-lər xalqa hörmət etməlidir, belə olmaz! Təəssüf ki, bəzən adını ciddi qoymuş jurnalistlər də bu işlərə girişirlər. Cəmiyyətin çürüntüləri olan belə müğənniləri efirə çıxartmaq lazım deyil”.
.