
Fransa prezidenti Fransua Olland Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflərə uğur əldə etməyi arzulayıb.
Salamnews-un Ermənistan KİV-ə istinadla verdiyi xəbərə görə, bu barədə Ollandın müstəqillik günü münasibətilə Ermənistan prezidenti Serj Sərkisyana ünvanladığı təbrik məktubunda bildirilib.
"Arzu edirəm ki, Fransanın da ATƏT-in Minsk Qrupu üzvü kimi cəlb edildiyi Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar yaxın gələcəkdə müvəffəqiyyətlə başa çatsın. Bu məqsədlə sizi oktyabrın sonunda Parisdə qəbul etməyə şad olardım”,- deyə məktubda qeyd edilib.
Xatırladaq ki, oktyabrın sonunda Fransa dövlət başçısının təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutması gözlənilir.
.