Bu gün ölkəmizdə COVİD-19 pandemiyasına qarşı görülən tədbirlər, koorupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə və kadr dəyişiklikləri ilə bağlı Yeni Zaman partiyasının sədri Musa Ağayev saytımıza öz munasibətin bildirib.

"YZP" sədrinin  göstərilən məsələlərlə bağlı mövqeyini oxuculara təqdim edirik.

COVİD-19 pandemiyasın ümumbəşəri bir problemdir. Bu problemə qarşı mübarizədə hamı birlikdə olmalıdır. Biz xalq olaraq birlikdə olmalıyıq.
Qeyd etmək istəyirəm ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dünyanı bürüyən COVİD-19 pandemiyasına qarşı Azərbaycan dövləti qəti tədbirlər həyata keçirir. Bu istiqamətdə görülmüş işlər, qəbul edilmiş təxirə salınmaz qərarlar ölkəmizin bu bəladan minimum itkilərlə çıxmasına zəmin yaradır. Ancaq dövlət aparatında çalışan, nəinki iqtidara, eyni zamanda dövlətçiliyə, xalqa xəyanət edən bir sıra insanlar var. Onlar ölkəmizdə pandemiya dövrü aparılan sosial dəstək siyasətinə qarşı mənəviyyata sığmayan hərəkətlər etmişdirlər. Çoxsaylı şikayətlər, korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama nəticəsində həbs olunmuş Ağstafa, Yevlax, Neftçala rayon İcra Hakimiyyətlərinin başçılarından nəticə çıxarmayan növbəti şəxs Biləsuvar rayon İcra Hakimiyyətinin başçısıdır. Ölkə Prezidenti tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqların verilməsinə baxmayaraq Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı dövlətin mənafeyinə ciddi zərbə vurmuş, pandemiya dövrü ehtiyacı olan şəxslərə dövlət tərəfindən ayrılmış maddi dəstəyi qanunsuz olaraq mənimsəmişdir. Hesab edirəm ki , rüşvət və korrupsiya hallarına son qoymayan vəzifəli şəxslər dövlət tərəfindən ciddi cəzalandırılacaqlar. Dövlət başçısı tərəfindən korrupsiya , rüşvətxorluq hallarına qarşı aparılan bu siyasət artıq bu gün sistemli şəkildə davam etdirilir. Qeyd emək istəyirəm ki, aparılan bu siyasət ölkə ictimayyəti tərəfindəndən də dəstəklənir. Buna görədə hesab edirəm ki,  aparılan bu siyasət davam edəcək və digər məmurlara da bir dərs olacaq.
Xüsusi ilə bu mübarizədə DTX-ın rolunu qeyd etmək istəyirəm. Bu qurumun apardığı bu cür  əməliyyatlar ictimayyət tərəfindən də rəğbətlə qarşılanır. Bu cür əməliyyatlar dövlət başçısın apardığı mübarizəyə uyğun həyata keçirilr və dövlət təhlükəsizliyinin qorunmasına xidmət edir.

Yeni Baş Prokurorunu təyin edilməsi ilə son vaxtlar bütün sahələr üzrə aparılıan  islahatların növbəti mərhələsi həyata keçirildi. Ümüd edirəm ki, bu posta Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin namizədliyinin verilməsi Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin davamlı olacağını təmin etməyə xidmət edəcək. Yeni seçilmiş Baş prokuror öz çıxışında siyasi, hüquqi islahatların, eləcədə aparılan kadr islahatlarının ölkəmizin yeni inkişaf mərhələsinə keçidini şərtləndirdiyini qeyd edib.
 Bununla yanaşı, Azərbaycan parlament  tarixində bir ilkə də imza atıldı.  Azərbaycan Respublikasında İcra Hakimiyyəti ilə Qanunvericilik Hakimiyyəti arasında əlaqə məhz Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən həyata keçirildi. Bu təqdimatdan da göründüyü  kimi, ölkədə aparılan siyasi islahatlar dərinləşir və yeni siyasi konfiqurasiya formalaşır. Xüsusi ilə qeyd etmək istəyirəm ki, bu nümunə qanunverici orqanla icraedici orqan arasında bir ehtimad yaradacaq. Eyni zamanda hər iki orqanın cəmiyyət qarşısında məsuliyyətin artiracaq. 

.