Rəqqasə Oksana Rəsulova filmə çəkilir.
Axşam.az-ın məlumatına görə, əməkdar artist Murad Dadaşovun rəhbəri olduğu "M Group Production”ın həyata keçirdiyi "Bayram axşamı” adlı ekran işinin çəkilişi yaxın günlərdə başa çatacaq:
"Baş rolu ifa etdiyim filmdə tərəf müqabillərim İslam Mehrəliyev, Cəmil Məmmədli, Əkbər Əlizadə və Elxan Quliyevdir. Düşünürəm ki, 2017-ci ildə ən yaxşı komediya filmi olacaq. Çünki bu işdə peşəkar komanda əziyyət çəkib. Film Novruz bayramı ərəfəsində tamaşaçıların ixtiyarına veriləcək. Burada xeyirxah qız obrazındayam. Film barədə başqa nəsə demək istəmirəm, sürpriz olsun”.
Qeyd edək ki, "Bayram axşamı” filminin rejissoru Toğrul Məmmədov, operatoru Rauf Qurbanəliyev, baş icraçı prodüser İsmayıl Bağırov, stilist-vizajist Nura Babayevadır. Filmdə geyimləri Aygün Mahmudova hazırlayıb, qrimlər üzərində isə Mehriban Neymətova çalışıb.

.