
Tanınmış rəqqasə Oksana Rəsulovanın Hindistanda tanıtım kampaniyası başlayıb.
Teleqraf.com xəbər verir ki, tanıtım çarxı Hindistanın ZEE TV kanalında yayımlanıb.
Rəqqasə bir müddət əvvəl Hindistanda "İndias Best Cine Star Ki Khoj" şousuna qatılıb və birinci olub.
Jüridə aktrisa Sonali Bendre, aktyor Ayuşman Khurana, tanınmış rejissor Vijay Krişna Açarya əyləşiblər.