Çərşənbə günü Amerikanın Sinsinnati şəhərinin (Ohayo ştatı) mərkəzində yerləşən xəstəxanada naməlum şəxs atəş açıb.
Yenizaman.az TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər polis idarəsinin "Twitter" səhifəsində məlumat yerləşdirilib.
Cinayətkar asayiş keşikçisinə də atəş açıb, lakin sonuncu xəsarət almayıb.
"Şübhəli şəxs ölüb", - deyə polisdən bildirilib və əlavə edib ki, yəqin ki, o, intihar edib.
"Associated Press"in məlumatına görə, hadisə psixi pozğunluqdan əziyyət çəkən insanlara təcili yardım xidmətinin göstərildiyi şöbədə baş verib.
.
