
Uzun müddət əvvəl itmiş hesab edilən Dünya çempionatı kuboku tapılıb. Özü də çox yaxından: FIFA-nın qərargahının zirzəmisindən! "Jules Rimet Throphy ” adlı bu mükafat 1930-cu ildən 1970-ci ilə qədər çempion olan ölkələrə verilirdi.
Braziliya millisinin 3-cü dəfə dünya çempionu olmasından sonra kubok həmişəlik onlara verilmişdi. Amma 1983-cü ildə oğurlanan kubok indiyədək tapılmırdı. Onun əridilərək satıldığı bildirilirdi.Qeyd edək ki, kubokun üst hissəsi qızıldan idi. Hamı kubokun alt hissəsinin də oğrulara qismət olduğunu düşünsə də , bu belə deyilmiş. Belə ki, 1954-cü ildə kubokun həmin hissəsi FİFA tərəfindən dəyişdirilmişdi. Dəyişdirilən orijinal parça isə indi tapılıb.Bununla bağlı FIFA-nın müzey direktoru David Ausseil maraqlı açıqlama verib:
Bu Mısır mumyası tapmaq kimi bir şeydir. Bu alt bölümünü son dəfə FİFA prezidenti Jules Rimet-in gördüyünü düşünürük. Biz dayaq qisminin də Braziliyada itdiyini fikirləşirdik!(futbol24.az)
.