Daxili İşlər Nazirliyi Xızıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 12-də saat 13 radələrində Xızı rayonunun Giləzi qəsəbəsində Bakı şəhər sakini Amid Məmmədov idarə etdiyi "Mitsubishi” markalı avtomobili aşırıb. Nəticədə onun sərnişinlərindən anası Minayə hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Xızı RPŞ tərəfindən araşdırma aparılır.
 
*****
 
10:05
 
Xızı rayonunda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Giləziyə gedən yolun 3-cü kilometrliyində "Mitsubishi" markalı 90 BR 940 dövlət qeydiyyat nişanlı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişinlərdən 53 yaşlı qadın hadisə yerində ölüb. 35, 30 və 26 yaşlı 3 kişi isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Yaralılar xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı Xızı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

.