Kanzi ocaq qalayır, işi bitdikdə onu söndürür, öz yeməyini bişirir...
 
Aile.lent.az xarici KİV-ə istinadən bildirir ki, Kanzi adlı bu bonobo meymunu 35 yaşındadır. O, digər meymunlardan çox seçilir. Onun ocaq qalamaq və işi bitdikdə onu söndürmək, öz yeməyini bişirmək, yeməyini dadlandırmaq kimi xüsusi bacarıqları var. Tədqiqatçılar Kanzi ilə bağlı bunları deyir: "Kanzi ocaq qalayır, çünki bunu istəyir. O, kiçik olanda primitiv insanların ocaq qalayıb ona nəzarət etdiyini göstərən filmlərə baxıb”.
 
Kanzi eyni zamanda 3 min ingilis sözü anlaya və simvolların köməyi ilə danışa bilir. Bunların 500-dən istifadə edərək, insanlarla ünsiyyət qurur: "Kanzinin bu qabiliyyətlərinə əsaslanaraq, artıq insanlar zəkanın inkişafı, heyvanların şüuru ilə əlaqədar düşüncələrini dəyişdirə bilərlər”.

.