Türkiyədə ömürlük həbsdə olan PKK terror təşkilatının lideri Abdullah Öcalan həbsxanadan çağırış edib.
Avropa.info-nun məlumatına görə, bu barədə məlumatı Öcalanın vəkili verib. Bu gün PKK lideri ilə görüşən vəkil Mazlum Dinc bildirib ki, "Həll prosesi" Öcalanı qane etmir: "Öcalan kürd probleminin demokratik həlli üçün hər cür addım atmağa hazırdır. Amma hökumət və dövlət müzakirələrə başlamaq istəmir. Xüsusiylə Mosulda girov götürülən diplomatlara görə çox narahat olan dövlət kürd problemi kimi dərin bir problemi müzakirə etməyə başlamaq istəmir".
.