ABŞ prezidenti Barak Obama prezidentlik müddətinin sonuna az bir zaman qalmış ən böyük səhvini etiraf edib. Anspress-in məlumatına görə, o, ən böyük səhvinin 2011-ci ildə Liviya lideri Müəmmar Qəddafi devrildikdən sonrakı dövr üçün plan hazırlamaması olduğunu etiraf edib.
O, 2008-ci ildən bu günə kimi ilk dəfə olaraq "Fox" telekanalına açıqlama verib. Prezident xarici siyasət, öncəlikləri haqqında danışıb.
"Liviyada çevrilişdən sonrası üçün daha çox iş görə bilərdik". Bununla da o ölksinin Qəddafisiz bir dönəmə hazırlıqsız başladığını boynuna almış olub. Ağ ev rəhbəri ən böyük uğurunu da açıqlayıb. O, deyib ki, 2008-ci ildə ölkəni iqtisadi böhrandan çıxarmasını ən böyük müvəffəqiyəti hesab edir.
""Obamacare" olaraq bilinən səhiyyə islahatlarının qəbul edildiyi gün ən yaxşı gün, 2012-ci ildə "Sandy Hook" məktəbindəki qətliamdan sonra bölgəyə edəcəyi səfəri isə ən pis günüm olub".
B.Obama Liviya haqqında ötən ay "Atlantic" jurnalına da açıqlama vermişdi. Obama, bəzi Avropa Birliyi ölkələri liderlərini diqqət dağıdıcı olmaqda ittiham edib, Liviyada xaosun yaranmasında bu ölkələrinin də payının olduğuna işarə vurmuşdu.
Qəddafinin devrilməsindən sonra Liviyada başlayan xaos hələ də hökm sürməkdədir. Hətta İŞİD terrorçuları bu ölkənin bəzi ərazilərində öz təsir qüvvəsini artırmağa çalışır.
.
