Ukraynanın baş naziri Arseni Yatsenyuk ABŞ-a səfəri zamanı ölkəsinə hərbi yardım edilməsini istəsə də, Ağ Ev Administrasiyasının buna cavabı müsbət olmayıb. Bu barədə ictimaiyyətə "The Wall Street" jurnalı məlumat yayıb. Məlumatda bildirilir ki, Arseni Yatsenyuk Amerikadan hərbi yardım, silah-sursat və kəşfiyyat dəstəyinin göstərilməsini istəyib.
Rəsmi Vaşinqton isə Ukrayna hökumətinə hərbi müdaxilə və konfliklərdən kənarda qalmağı tapşırıb. Bunun əvəzinə Amerika rəsmi Kiyevə ərzaq yardımı göstərməyə razılıq verib.
.