Şimali Koreyanın tarixində ən güclü nüvə sınağından sonra ABŞ prezidenti Barak Obama dərhal münasibət bildirib.
Bu barədə "Life.ru" yazıb.
Onun sözlərinə görə, BMT TŞ-nin qətnamələrinə zidd olan Şimali Koreyanın bu addımının nəticələri çox ağır olacaq.
Rəsmi Pxenyan isə öz növbəsində bildirib ki, nüvə sınağı ABŞ tərəfindən ölkəsinə qarşı edilən saysız-hesabsız təhdidlərə və sansksiyalara cavabdır.
Qeyd edək ki, Pxenyanın keçirdiyi nüvə sınağı ilə bağlı BMT təcili toplantı keçirməyə hazırlaşır./Faktxeber.com
.
