
Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama bir qədər əvvəl Konqresə keçirilən aralıq dönəm seçkilər nəticəsində respublikaçıların Senatda mandat üstünlüyünə sahib olmasından sonra ilk dəfə qalib partiya nümayəndələri ilə üzbəüz görüşlər keçirib. InfoAZ xarici mətbuata istinadən xəbər verir ki, Ağ Evdə baş tutan görüş demokratlarla respublikaçılar arasında barış xarakteri dayışıb və Barak Obama respublikaçılara yaltaqlanıb. Obama çıxışı zamanı partiyalar arasında olan ziddiyyətləri aradan qaldırmağa çalışacağını və respublikaçıların fikirlərini dinləməyə hazır olduğunu deyib.
"Mən həm Miç Makkonel, həm də spiker Beyneri uğurlu seçki kampaniyası aparmaları ilə əlaqədar təbrik etmişəm”
"Amerika xalqı, sadəcə olaraq, Vaşinqtonun işlədiyini görmək istəyir. Düşünürəm ki, onlar da partiyalar arasındakı çıxılmaz vəziyyətdən narahat olurlar. Onlar daha çox əməkdaşlıq görmək istəyirlər. Və biz bu addımı atmaqda məsuliyyət daşıyırıq. Mən fikirlərin demokratlara və ya respublikaçılara aid olub-olmadığına dair mühakimə aparmayacam. Mənim bu fikirlərin yararlı olub-olmadığı daha vacibdir” - deyə Obama qeyd edib.
Obama çıxışı zamanı hökumətin İŞİD-ə və Ebola virusuna qarşı mübarizəsinə dair respublikaçıları məlumatlandıracağını da deyib.
.