ABŞ prezidenti Barak Obama Konqresin 2016-cı il üçün təsdiqlədiyi federal büdcəni imzalayıb.
TASS agentliyinin verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidməti xəbər verib.

Büdcəyə əsasən xam neft ixracına olan 40 illik qadağa ləğv olunub.
Qeyd edək ki, ABŞ-dan xam neftin xaricə tədarükünə qadağa 1975-ci ildə qoyulmuşdu. Bu hüquqi-normativ akt Yaxın Şərqdə münaqişə nəticəsində yaranmış enerji böhranı dövründə, ərəb ölkələri tərəfindən 1973-cü ildə Qərb ölkələrindən neftin tədarükünə qoyulan embarqodan sonra tətbiq edilmişdi.

.