"Beynəlxalq terrorizmin məhv edilməsi beynəlxalq təhlükəsizlik sisteminin qorunması üçün vacib şərtdir".
TASS agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama Konqresdə "Ölkənin vəziyyəti barədə” çıxışında bəyan edib. O bildirib ki, beynəlxalq təhlükəsizliyin təmin edilməsi üçün bir sıra şərtlər yerinə yetirilməlidir: "Birinci dərəcəli prioritet Amerika xalqının müdafiəsi və terrorçu şəbəkələrin məhv edilməsidir. "Əl Qaidə" və İŞİD qruplaşmaları bizim vətəndaşlarımıza birbaşa təhdid törədir”.
B. Obamanın sözlərinə görə, hətta İŞİD neytrallaşdırılsa belə, Yaxın Şərq, Əfqanıstan, Pakistan, Mərkəzi Amerika və Afrikanın müxtəlif bölgələrində onilliklər boyu qeyri-sabitlik qalmaqda davam edəcək. ABŞ prezidenti qeyd edib ki, terrorla mübarizədə qələbə çalmaq üçün Konqres silahlı qüvvələrinin ölkə sərhədlərindən kənarda istifadəsinə icazə verilməsi ilə bağlı qanun layihəsini təsdiqləməlidir.
B. Obamanın bu çıxşı onun prezident vəzifəsində Konqresdəki son nitqidir.
"Ukrayna və Suriya Rusiyanın təsir əhatəsindən uzaqlaşır”.Bu sözləridə ABŞ prezidenti Barak Obama illik "Ölkənin vəziyyəti barədə” illik müraciətində bəyan edib.
"İqtisadiyyatının zəifləməsinə baxmayaraq, Rusiya resurslarını onun təsir əhatəsindən sürətlə uzaqlaşan Ukrayna və Suriyaya yönəldir”, deyə Obama qeyd edib.
Barak Obama ABŞ-ın demokratiyanın qorunmasında Ukraynanı dəstəklədiyini qeyd edib.
"Biz Ukraynaya demokratiyasının qorunmasına və ya Kolumbiyaya on illərlə davam edən müharibənin həllinə dəstək veririksə, bu bizim də asılı olduğunuz beynəlxalq nizamı möhkəmləndirir”, deyə Obama vurğulayıb.
Barak Obama həmcinin cıxışında Dünyanın mürəkkəb beynəlxalq problemləri Çin və ya Rusiya ilə deyil, ABŞ-la həll etdiyini qeyd edib.
"Sorğular onu göstərir ki, bizim nüfuzumuz mənim bu vəzifəyə təzə seçildiyim vaxtla müqayisədə hazırda daha yüksəkdir, və söhbət istənilən mühüm beynəlxalq məsələdən gedəndə, bütün dünya insanları lider qismində Pekinə və ya Moskvaya deyil – bizə zəng edirlər”, deyə Obama qeyd edərək, ABŞ-ın tənəzzüllə uğraması barədə söhbətləri "şişirdilmiş” adlandırıb.
"ABŞ böhranla üzləşən ölkələri "zəbt edə” və "yenidən qura, dəyişə” bilməz".
"Biz böhranla üzləşən hər bir ölkəni zəbt etməyə və dəyişməyə cəhd edə bilmərik. Bu liderlik deyil, bununla biz bataqlığa düşərək, amerikalıların qanını axıdacağıq və, son nəticədə, bu bizi zəiflədəcək. Vyetnamdan, İraqdan bu vaxtadək nəticə çıxarmalı idik”, - deyə Barak Obama nitqində qeyd edib.
