
Aktyor Burak Sağyaşar dünən aktrisa həyat yoldaşı Hatice Şendille görüntülənib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Burakın prodüserlik etdiyi serialın partisinə qatılan cütlük çıxışda jurnalistlərin sualları ilə üz-üzə qalıblar. Hamilə olduğu deyilən Hatice bu barədə suallardan yayınaraq "Belə şeyləri media qarşısında danışmaq lazım deyil" deyib.
B.Sağayaşar da "Hətta Övladımız olsa da, bu mövzuda danışmaq istəmirəm" şəklində jurnalistlərlə danışıb.