Nyu-Yorkda partlayış nəticəsində xəsarət alanların sayı 4 nəfərə çatıb.
"The Telegraph” verdiyi xəbərə görə, partlayışı törədən şəxs 27 yaşlı Banqladeş vətəndaşı olub. O 7 ildir, ABŞ-da yaşayırmış.
Partlayışın İŞİD terror təşkilatı tərəfindən törədildiyi təxmin edilir.
***
Nyu-Yorkda, Manhettendəki avtobus terminalında partlayış baş verib.
CNN-in verdiyi məlumata görə, Nyu-York polisi terminaldakı A, C və E xətlərindən insanları təxliyyə edib. Bəzi mənbələrə əsasən əldədüzəltmə bombanın partlaması nəticəsində 1 nəfər yaralanıb. Şahidlər həmin ərazidə 2 dəfə partlayış səsinin eşidildiyini bildiriblər.
Hadisə ilə bağlı bir nəfərin saxlandığı deyilir.
.
