Nyu-Yorkda baş vermiş partlayış nəticəsində 25 nəfər xəsarət alıb. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Nyu-Yorkun yanğından mühafizə idarəsi məlumat yayıb.
Məlumata görə, yaralıların həyatı üçün heç bir təhlükə yoxdur.
Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.
