Azərbaycan NATO ilə güclü tərəfdaşlıq qurub, birlikdə beynəlxalq təhlükəsizliyə töhfə verib, Kosovo və Əfqanıstanda NATO-nun sülhməramlı fəaliyyətinə dəstək verib.

Bunu ADA Universitetində keçirilən “Davamlı Sabah üçün Qadınlar” mövzusunda yüksək səviyyəli konfransda Azərbaycanın NATO yanındakı Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə deyib.

“Bizim Əfqanıstandakı hərbi kontingentimiz alyans ölkələrindən olan sülhməramlılarla birgə çiyin-çiyinə çalışıb. Azərbaycan sülhməramlıları Əfqanıstanı ən son tərk edən ölkələrdən oldu, biz son ana qədər evakuasiya prosesinə dəstək verdik. Bu, NATO Baş katibi və digər rəsmilər tərəfindən təqdir edildi. Əməkdaşlığımız müxtəlif sahələri əhatə edir. Bizim NATO ilə siyasi dialoqumuz və praktiki əməkdaşlığımız var”, - Cəfər Hüseynzadə bildirib.

.