Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciət edib.

Tokayev eks-prezident Nursultan Nazarbayevin Milli Təhlükəsizlik Şurasının sədri postundan azad olunduğunu bildirib.

O bu gündən Təhlükəsizlik Şurasına sədrlik edəcəyini söyləyib.

Tokayev tezliklə yeni təkliflər paketi ilə çıxış edəcəyini və hazırda paytaxt Astanada olduğunu da qeyd edib.

.