"Paramparça"da iştirak edəcəyi bütün seriyaların çəkilişi bitdikdən sonra serialdan ayrılan Nurgül Yeşilçay dünən jurnalistlərlə qarşılaşıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müxbirlər ondan "serialdan ayrıldığınız üçün kədərlənirsiniz?" soruşunca, aktrisanın cavabı təəccübləndirib:

"Görürsünüz ki, kefim yaxşıdır. Yaxşı ki, bitdi..."

Qeyd edək ki, layihədən qalmqallı şəkildə ayrılan N.Yeşilçayın vida yeməyinə serialın aktyor heyətindən heç kim qatılmamışdı. O, sonuncu dəfə 52-ci seriyada ekrana gələcək.

.