Azərbaycanda Dövlət Neft Şirkətinin təsisçiliyi ilə Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyi yaradılıb. Bu birliyə Azərbaycanda fəaliyyət göstərən, bir sıra xarici ölkələrə məxsus nüfuzlu məktəblər daxil olub. Dövlət Nekft Şirkəti bu birliyə daxil olan məktəblərin bəzilərinin adlarını açıqlayıb.
Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədov: "11 Türk kurikulumları ilə işləyən "Çağ" Öyrətimin məktəbləri , 13 Araz kursları Azərbaycan Beynəlxalq Təhsil mərkəzinin tərkibinə birləşdilər. Biz yeni bir kompleks yaratdıq və onlar bu kompleksin tərkibində fəaliyyət göstərirlər”.
Məlumat üçün deyim ki, Azərbaycan Beynəlxalq Təhsil mərkəzi qeyri-hökümət təşkilatıdır və Dövlət Neft Şirkətinin ayırdığı qrant əsasında ölkəmizdə bir neçə məktəbin inşasına imza atıb. Əsas məqsəd beynəlxalq təhsil təcrübəsini, qabaqcıl texnologiyaları və müəllim heyətini Azərbaycana gətirməkdir.
Neft Şirkətinin rəsmisi deyir ki, əslində onların gördüyu iş orta azərbaycanlının öz övladını normal qiymətə beynəlxalq təhsil məktəbində oxuda bilməsinə yönəlib. Təhsilin keyfiyyətini yüksəltmək, üstəgəl təhsil haqqını orta azərbaycanlının cibinə uyğunlaşdırmaqdır. Müsahibim deyir ki, artıq bu məktəblər Azərbaycan Beynəlxalq Təhsil mərkəzinin tam mülkiyyətindədir.
.