Türkiyə terrorçubaşı Fətulla Gülənin ölkəyə gətirilməsi üçün dəfələrlə səy göstərib.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Aydın şəhərində vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşündə deyib.

O bildirib ki, F.Güləndən istifadə edənlər onun ölkəyə qaytarılmasına buna imkan verməyiblər.

N.Kurtulmuş söyləyib ki, Türkiyə bütün terror təşkilatlarına qarşı mübarizə aparır: “FETÖ-yə xidmət edən insanlar hələ də var. Onlarla mübarizə aparmaq vətən düşmənlərinə qarşı mübarizə aparmaq anlamındadır.

Bundan sonra FETÖ-nün qalıqlarına qarşı mübarizə aparacağıq. Görünən odur ki, onların arxasında kimlərsə dayanır. Əks halda, dövlət çevrilişinə cəhd edə bilməzdilər”.

Qeyd edək ki, F.Gülən bu gün ABŞ-də ölüb.

.