"Rusiyanın hər cür silahdan istifadə etməsinə hazır olmalıyıq".

Bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland “European Pravda” nəşrinə verdiyi açıqlamada deyib.

Nuland qeyd edib ki, heç kim Putinin Ukrayna ilə müharibədə taktiki nüvə silahından istifadə edəcəyini istisna edə bilməz.

"O, artıq dəhşətli, çox ağır hərbi cinayətlər törətmək üçün göstərişlər verib. Deməli, hər şey mümkündür və biz Rusiyanın fəlakətli nəticələrə malik müxtəlif növ silahlardan istifadə etməsinə hazır olmalıyıq", - Nuland vurğulayıb.

.