Abşeron rayonunun Novxanı qəsəbəsində ağır yol qəzası baş verib.
Lent.az-ın məlumatına görə, qəsəbənin mərkəzi yolunda "Chevrolet" markalı minik avtomobili "MAN" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan 24 yaşlı qız vəfat edib. Onun həmyaşıdı olan digər qadın isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
.
