Milli Məclisin deputatı Novruzəli Aslanov noyabrın 16-da İsmayıllı rayonunun Xəlilli və Gəraybəyli kəndlərində vətəndaşları qəbul edib.

Millət vəkilinin hər həftə keçirdiyi belə görüşlər artıq ənənəvi hal alıb. O cümlədən Xəlilli kənd məktəbində keçirilən qəbul zamanı kənd sakinlərini qayğılandıran məsələlər müzakirə olunub. Novruz Aslan bu məsələləri qeydə alaraq onların həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib. Günün ikinci qəbulu isə Gəraybəyli kənd icra nümayəndəliyinin binasında baş tutub. Xəbər verilir ki, bu görüşdə rayonun Eyyubbəyli kəndindən də seçicilər iştirak ediblər. Gəraybəyli kəndində keçirilən görüşdə də hər iki kəndin sakinlərini narahat edən həm ümumi problemlər, həm də fərdi müraciətlər deputat tərəfindən dinlənilib və qeydə alınıb. Vətəndaşlara qaldırılan məsələlərin həlli istiqamətində gərəkən addınların atılacağı bildirilib.
         
Deputat Novruzəli Aslanovun noyabrın 16-da İsmayıllı rayonunun Xəlilli və Gəraybəyli kəndlərində keçirdiyi qəbulda iştirak edən kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

.