Milli Məclisin deputatı Novruzəli Aslanov 03 sentyabr 2026-cı il tarixində İsmayıllı rayonunda növbəti dəfə seçicilərlə görüşüb.
Millət vəkili bu dəfə vətəndaşları rayonun Kəlbənd və Yenikənd kəndlərində qəbul edib.
Kəlbənd kəndində keçirilən görüşdə yaxınlıqda yerləşən Girk kəndinin sakinləri də iştirak ediblər. Qəbulun gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə edilib. Kənd sakinlərini daha çox narahat edən məsələ su və qaz təchizatında mövcud olan bəzi problemlərlə bağlı olub.
Daha sonra deputat Yenikənd kəndində seçicilərlə görüşüb. Bu qəbulun da gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə edilib. Kənd sakinlərini daha çox narahat edən məsələ su təchizatında mövcud olan müəyyən problemlərlə bağlı olub. Novruzəli Aslanov hər iki qəbul zamanı sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb, onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağını bildirib.
Deputat Novruzəli Aslanovun keçirdiyi qəbulda iştirak edən Kəlbənd, Yenikənd və Girk kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

.