13 may 2025-ci il tarixində İsmayıllı rayon Ağsaqqallar Şurasının hesabat iclası keçirilib. İsmayıllı rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Milli Məclisin deputatı Novruzəli Aslanov, Respublika Ağsaqallar Şurasının sədr müavini, millət vəkili Eldar İbrahimov, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, rayon ağsaqqallarının bir qrupu, dövlət qurumlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdən öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
 

.