"Müstəqilliyini qazandıqdan sonra Azərbaycanın tarixi nailiyyəti özünün sabitliyini, təhlükəsizliyini və dinamik inkişafını təmin etməsidir”.
APA-nın xəbərinə görə, bu sözləri Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz "Twitter” səhifəsində yazıb. "Şübhə yoxdur ki, xalqın prezidentinə inamı, xalqla prezidentin birliyi bu tarixi nailiyyəti həmişə qoruyacaq və davam etdirəcəkdir”, - deyə o, qeyd edib.
.
