Yenizaman.az AİA.Az-a istinadən xəbər verir ki, Millət vəkili Novruz Aslanov avqust ayının 4-də İsmayıllı rayonunun Qurbanəfəndi və Xanagah kəndlərində seçicilərin səyyar qəbulunu keçirib. Öncə Qurbanəfəndi kəndində icra nümayəndəliyinin ofisində, daha sonra Xanagah kəndində icra nümayəndəliyinin ofisində seçicilərlə görüş keçirilib. Qaldırılan məsələlər əsasən şəxsi məişət problemləri və sosial müdafiə məsələləri ilə bağlı olub. Sakinləri maraqlandıran məsələlər və istəkləri diqqətlə dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb. Müraciətlər qeydiyyata alınıb və həlli istiqamətində müvafiq addımların atılacağı seçicilərin diqqətinə çatdırılıb. Digər mövzular ətrafında da müzakirələr aparılıb. Bəzi məsələlər operativ surətdə yerində həllini tapıb.
Əlaqədar qurumlara aid olan məsələlər qeydiyyata alınaraq həlli istiqamətində müvafiq müraciətlərin ediləcəyi sakinlərin diqqətinə çatdırılıb.
.