İyunun 30-da günorta saatlarından başlayan intensiv yağıntılar nəticəsində rayonun dağlıq ərazilərində yerləşən bəzi kəndlərə zərər dəymişdir. İsmayıllı-Lahıc avtomobil yolunda (9-19-cu km-lər) yolun hərəkət hissəsinə tökülən qaya parçaları nəqliyyatın hərəkətində məhdudiyyət yaratmışdır.
İyulun 3-də millət vəkili Novruz Aslanov və İsmayıllı rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırov Lahıc qəsəbəsində olmuş və zərərin aradan qaldırılması prosesini izləmişlər. Qəsəbə sakinləri ilə görüşmüş və dəymiş ziyan barədə müzakirələr aparmışlar.
Məlumat üçün bildirək ki, hadisədən dərhal sonra Novruz Aslanovun tapşırığına əsasən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin məsul şəxsləri İsmayıllı rayonuna ezam olunmuş və müvafiq qiymətləndirmə işləri aparmışlar..
.