
Bu gün "Novoye Vremya” qəzetinin redaksiyasında, qəzetin təsisçisi Musa Ağayev və baş redaktoru Şakir Ağayevin ABŞ-ın Azərbaycandakı səfirliyinin diplomatik korpusunun əməkdaşları ilə görüşü baş tutub. Görüşdə ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Stefan Qays və mətbuat katibi Nikolas Barnett qəzet redaksiyasının fəaliyyətilə maraqlanıb və kollektivlə tanış olublar.
Bundan əlavə ABŞ səfirliyinin diplomatik nümayəndələri ilə qəzetin rəhbərlyi arasında ümumi və maraqlı danışıqlar aparılıb.

