Rusiya və Çin yüksək texnologiyalar, o cümlədən hidrogen istehsalı texnologiyaları sahəsində əməkdaşlıq etmək barədə razılığa gəlib.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.

“Biz Çin ilə nüvə enerjisi sahəsində layihələr həyata keçiririk. Çində 4 blok inşa edirik. Bərpa olunan enerji mənbələri Çinlə əməkdaşlığın digər istiqamətidir. Biz bu gün razılaşdıq ki, yüksək texnologiyalar, o cümlədən hidrogen istehsalı texnologiyaları sahəsində əməkdaşlıq edəcəyik. Bunlar əsas istiqamətlərdir”, - o bildirib.

Xatırladaq ki, A.Novak və Çinin Dövlət Şurasının Baş nazirinin müavini Din Syuesyan bu gün Pekində enerji sahəsində əməkdaşlıq üzrə Rusiya-Çin hökumətlərarası komissiyasının 20-ci iclasını keçiriblər.

.