Növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

MSK sədri bildirib ki, 69 ölkə və 51 qurumdan 598 beynəlxalq müşahidəçi qeydə alınıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının bütün seçki dairələrində parlament seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilərin müraciət müddəti 22 avqustda başa çatıb.

ATƏT/DTİHB-dən 227 nəfər, ATƏT PA-dan 61 nəfər müşahidəçi qeydiyyatdan keçib

Növbədənkənar parlament seçkiləri il əlaqədar ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan (ATƏT/DTİHB) 227 nəfər, ATƏT Parlament Assambleyasından (ATƏA PA) 61 nəfər müşahidəçi qeydiyyatdan keçib.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

MSK sədri bildirib ki, geniş sayda parlament nümayəndə heyətləri seçkini müşahidə edəcək: “Şimaldan, cənuba qədər geniş coğrafiyanı əhatə edən parlament nümayəndə heyətləri seçkini müşahidə edəcək. Bizim dəvət etdiyimiz 8 seçki komissiyanın sədri müşahidə aparacaq”.

Parlament seçkiləri ilə əlaqədar qeydə alınan yerli müşahidəçilərin sayı açıqlanıb

İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlanıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

İndiyə qədər ümumilikdə 112749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 7077-i MSK-da, 105672-i isə dairə seçki komissiyalarında (DSK) qeydə alınıb.

.