Norveç Ukraynaya 22 özüyeriyən haubitsa bağışlayıb.

Reuters-in xəbərinə görə, məlumatı Norveç Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, Ukraynaya eyni zamanda ehtiyat hissələri, sursat və digər vasitələr də bağışlanıb.

Vurğulanıb ki, təhlükəsizlik səbəblərinə görə Norveç hökuməti donasiya ilə bağlı ictimaiyyətə açıqlamanın verilməsi üçün müəyyən müddət gözləyib.

Əlavə olunub ki, gələcək donasiyalar haqqında da eyni səbəblə açıqlama verilməməyə ya haqqında rəy bildirilməyə bilər.

.