Norveç Ukraynaya hava hücumundan müdafiə üçün nəzərdə tutulmuş 100 “Mistral” zenit-raket kompleksi göndərib.

“Reuters“in xəbərinə görə, bu barədə Norveçin Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, sistemlər artıq Ukraynaya təhvil verilib.

“Mistral HHM sistemi hərbi dəniz müdafiəsində effektiv şəkildə istifadə edilən bir silahdır və bunun Ukraynaya böyk faydaları olacaq”, - deyə ölkənin müdafiə naziri Byorm Arild Qrem bildirib.

.