“Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın saxlanılması diktaturanın təsdiqlənməsidir”.

 “Sputnik Georgia” xəbər verir ki, bunu Vahid Gürcüstan Partiyasının sədri Nino Burcanadze müxalifət patriyası əsdrinin tutulmasına münasibət bildirərkən deyib.

“Baş verənlər Gürcüstan diktaturanı təsdiqləyir. Onların arasında ağıllı bir adam tapılmadı ki, bunu fevralın 23-də etməsinlər? Axşam onlar yunkerlərin xatirəsini yad etməyə gedəcəklər. Gürcülərin 30 illik mübarizəsinin belə yekunlaşması çox böyük utancverici və təəssüfləndirici hadisədir”, - N.Burcanadze vurğulayıb.

Xatırladaq ki, fevralın 23-də səhər saatlarında Vahid Milli Hərəkat Partiyasının lideri Nika Meliya tutulub. Onunla birlikdə partiyanın 10-dan çox üzvü saxlanılıb.

Qeyd edək ki, 1918-ci il fevralın 23-də Gürcüstanda yunkerlər və könüllülər Rusiyanın qırmızı ordusuna qarşı bərabər olmayan döyüşdə həlak olublar. Həmin gün ölkədə yunkerlərin xatirəsi günü kimi qeyd edilir.

.