Ermənistanın Baş naziri Nikol Paşinyan İran ətrafındakı vəziyyəti və münaqişənin həlli yollarını müzakirə etmək üçün Avropa İttifaqı (Aİ) Şurasının və Avropa Komissiyasının prezidentləri Antonio Kosta və Ursula fon der Lyayenin Yaxın Şərq ölkələrinin liderləri ilə keçirəcəyi videokonfransa qoşulacaq.

 

Bu barədə "Report"un Avropa bürosu Aİ Şurasına istinadən xəbər verir.

 

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas da videokonfransa qoşulacaq.

 

Müzakirə iştirakçıları arasında İordaniya kralı II Abdullah, Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Bəhreyn vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə, Livan Prezidenti Jozef Aun, Suriya Prezidenti Əhməd Əş-Şaraa, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, İraqın Baş naziri Məhəmməd əl-Sudani, Qətərin Baş naziri Məhəmməd əl-Tani, Küveytin Baş naziri şeyx Əhməd Abdullah əl-Əhməd əs-Sabah, BƏƏ Baş nazirinin müavini və daxili işlər naziri şeyx Saif bin Zayed əl-Nəhyan, Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl əs-Səud və Omanın xarici işlər naziri Səyyid Bədr Əl-Busaidi olacaq.

 

 

.