Bugün bir sıra Kütləvi informasiya vasitələrində "Kişi özünü Bankın qarşısında yandırmağa cəhd etdi” başlığı altında yazı dərc edilmişdir. "Nikoil" bankdan Yenizaman.az-a verilən məlumata görə, adı çəkilən müştəri Nikoyl bankın müştərisidir və bank tərəfindən həmin müştəriyə dəfələrlə güzəştlər edilib. Müştəri məlumatlarının məxfiliyini qoruduğumuz üçün əlavə məlumat təqdim edə bilmərik. "Nikoil" bankdan verilən məlumata görə , müştəri üzərinə yanacaq tökmək faktı qeydə alınmayıb, sadəcə belə bir niyyəti olduğunu bildirib. Bankdan bildiriblər ki, bu insident manatın devalvasiyası ilə heç bir əlaqəsi yoxdur.
.
