Araşdırmalardan sonra dərhal müvafiq cəza tədbirləri görüləcək

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) avqustun 29-da Heydər Əliyev prospektində "Transqeyt" şirkətinə məxsus 100 nömrəli marşrut avtobusunda baş verən yanğınla əlaqədar açıqlama yayıb.
NİİM-dən "APA-Economics"ə verilən məlumata görə, yanğına marşrut avtobusunun akkumulyatorunda yaranmış texniki nasazlıq səbəb olub: "Yanğın başlamamış avtobusdakı 6 nəfər sərnişin dərhal evakuasiya edilib. Yanğın söndürülüb və xəsarət alan olmayıb.
Qeyd edək ki, baş vermiş hadisəyə görə "Transqeyt" şirkəti cavabdehlik daşıyır və araşdırmalardan sonra dərhal müvafiq cəza tədbirləri görüləcək".

.