"Boko Haram" terror qruplaşması üzvlərinin Nigeriyanın Mayduquri şəhərinə hücum etməsi nəticəsində ən azı 65 nəfər öldürülüb.
Bu barədə "Reuters" məlumat yayıb.
Nigeriyanın ordu generalı Mustafa Ankasın sözlərinə görə, hücum zamanı Mayduruqinin şərqində yerləşən Dalori qəsəbəsinin sakinləri zərər çəkiblər. O bildirib ki, hücum şənbə günü axşam baş verib. Terrorçular ölkə vətəndaşlarına atəş açaraq evlərə od vurublar.
.