Nigeriyanın hərbi qüvvələri terrorçu "Boko Haram" qruplaşmasının girovluğunda olan 338 nəfəri azad edib.
Yenizaman.az TASS-a istinadən xəbər verir ki, bu haqda məlumatı yerli KİV yayıb.
Girovların azad edilməsi əməliyyatı ölkənin şərqində Borno əyalətində başlayıb. Azad edilən dinc sakinlərin 8-i kişi, 138-i qadın, 192-si isə uşaqdır.
Hərbçilər 30-a yaxın terrorçunu zərərsizləşdiriblər.
.
