
Bu xəbər çox danışılacaq: Nigar İbrahimovanın iki uşaq atası ilə toyu
Oktyabrın 31-də müğənni İradə İbrahimovanın bacısı stilist-vizajist Nigar İbrahimova Ruslan adlı bəylə nikah masasına oturub.
Lent.az-ın məlumatına görə, paytaxtın prestijli restoranlarından birində keçirilən ziyafətdə bir çox sənətçilər də iştirak edib. Onların arasında müğənnilərdən - Zülfiyyə Xanbabayeva, Elton Hüseynəliyev, Natavan Həbibi, Hacı Nazim, Aysel Əlizadə, rəqqasələrdən - Fatimə Fətəliyeva, Oksana Rəsulova, aparıcılardan - Nərgiz Cəlilova, Murad Arif və başqaları olub.
Gecə gəlinlə bəyin və qonaqların rəqsi ilə yadda qalıb. Bir neçə şou nümayəndəsi də öz musiqi payı ilə səbəkarları təbrik ediblər. Gecədə yadda qalan məqamlardan biri isə gəlinlə bəyin rəqs etməsi olub.
Xatırladaq ki, gecənin aparıcıları müğənni Elton Hüseynəliyev və Afaq Gəncəli olublar.
Sosial şəbəkələrdə Nigar İbrahimovanın həyat yoldaşı Ruslanın bundan öncəki nikahı haqqında xoşagəlməz ifadələr səsləndirilməkdədir. Belə ki, vizajistin həyat yoldaşı Ruslanın ilk xanımı onun və iki uşağının atıldığını iddia edir.
Xanım həmçinin Ruslan bəyin onların ailəsinə kömək etmədiyini də bildirir. Bu barədə Ruslan bəyin əvvəlki xanımı fərqli facebook qruplarında kommentlər yazır. İstifadəçilər isə həmin xanımın dediklərini hər yerdə yayırlar.
Toydan bir gün sonra belə xəbərlərin çıxması xoş olmasa da, məsələnin nə dərəcədə doğru olub-olmamasını dəqiqləşdirmək üçün İradə xanımla əlaqə yaratmağa çalışdıq. İradə İbrahimovanın prodüseri Səbinə HüseynovaMövqe.az saytına açıqlama verdi:
"Bəli, ola bilər, Nigardan öncə Ruslan kimləsə ailə həyatı qurub. Bu normal bir şeydir. Şişirdiləsi heç nə yoxdur. Ruslan ilk adam deyil ki, evlənib, boşanıb, sonra da ikinci həyat qurub. Ola bilər. Bəlkə, əvvəlki xanımı yandığından elə deyir. Nigara qısqanclıq edir. Xanımdır da... Ola bilər. Ancaq dünənki toyda Nigar və Ruslan faktiki, rəsmi şəkildə nikah qurdular. Hamı da bunun şahidi oldu".
Qeyd edək ki, dünən İradə İbrahimovanın bacısı tanınmış vizajist Nigar İbrahimova Ruslan adlı iş adamı ilə ailə həyatı qurub.
.