
Milli.Az xəbər verir ki, bu dəfə də Nigarın sosial şəbəkədə paylaşdığı nikahnaməsi qalmaqala səbəb olub. Musayev Ruslan və İbrahimova Fərqanənin ailə həyatı qurması barədə olan nikah şəhadətnaməsi insanlarda çaşbaşlıq yaradıb.
"Gəlinin adı axı Nigardır, bəs bu Fərqanə kimdir" kimi fikirlərlə sayta müraciət edən tamaşaçıların intizarına elə biz son qoyduq. Nigarın mətbuat katibi ilə əlaqə saxlayan Mövqe.az-ın əməkdaşı öyrənib ki, Nigarın əsl adı Fərqanə imiş: Bəli, Nigarın əsl adı Fərqanədir. Hətta bacısı İradə İbrahimova da ona həmişə Fəqiş-Fəqiş deyir. Ona görə nikah haqqında şəhadətnaməsində elə yazılıb. Əlbəttə ki, bu rəsmi nikahdır və heç bir saxtakarlıqdan söhbət gedə bilməz".
Qeyd edək ki, Nigar İbrahimova bir neçə gün öncə iş adamı Ruslanla ailə həyatı qurub. Ruslan Musayev Nigardan öncə ailəli olub və həmin nikahdan iki qız övladı var.