Niderlandın dördüncü nəsil F-35 qırıcılarından ibarət qrup Baltikyanı ölkələr üzərində hava patrulları aparmaq üçün Estoniyadakı Emari aviabazasına gəlib.

Bu barədə Niderlandın Müdafiə Nazirliyi xəbər yayıb.

NATO-nun rotasiyası çərçivəsində onlar 2025-ci il martın 31-dək patrul missiyalarını yerinə yetirəcəklər.

İlin əvvəlində NATO qırıcıları uçuş-enmə zolağının modernləşdirilməsi ilə əlaqədar Emari aviabazasını tərk ediblər.

Təyyarələr müvəqqəti olaraq Latviyadakı Lielvard aviabazasına köçürülmüşdü.

.