Niderland Nümayəndələr Palatası Qolodomoru Ukrayna xalqına qarşı soyqırımı aktı kimi tanıyıb.
Bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.
"Niderlandın Nümayəndələr Palatası 1932-1933-cü illər baş verən Qolodomoru soyqırımı kimi tanıyıb. Bu, tarixi həqiqətin bərqərar olması yolunda mühüm addımdır. Keçmiş və indiki vəhşiliklərə görə cavabdehlik tələbi ilə bağlı qəti mövqe tutduğuna görə Niderland minnətdaram", Kuleba qeyd edib.

.