Çərşənbə axşamı Meydan TV-nin əməkdaşı Aynurə Heydərova Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin binasında polis təzyiqinə məruz qalıb. Bu gün məhkəmədə NİDA vətəndaş hərəkatının və "Azad Gənclik” təşkilatının üzvlərinin işi üzrə proses başlayıb.
Polis prosesi işıqlandırmaq hüquqlarının təmin olunmasını tələb edən jurnalistlərin bir hissəsini zala buraxmaqdan imtina edib, bir neçə mətbuat işçisini, o cümlədən Heydərovanı kobud şəkildə zaldan itələyib çıxarıb.
"Zala buraxılmağı tələb etdikdə onlar məni itələdilər. Bundan əvvəl prosesin açıq olacağı elan edilmişdi. Belədirsə, niyə jurnalistləri qovurlar?”, deyə Heydərova bildirib.
Turan-ın müxbirinin verdiyi məlumata görə, məhkəmə zalı kiçik olduğu üçün zala daxil olmaq istəyənlərin əksəriyyəti buna müvəffəq olmayıblar.
.
