"Gec-tez bizim gənclərimiz də başa düşürlər ki, səhv yolda olublar və sözsüz, bununla bağlı müəyyən qərar qəbul olunacaq.
İndi "NİDA”çı gənclər də əfv olunmaq üçün prezident İlham Əliyevə müraciət ediblər. Sözsüz ki, bu barədə cənab prezident qərar qəbul edəcək. Həbsdə olan "NİDA”çıların əfvi prezidentin səlahiyyətində olan məsələdir”.
ANS PRESS-in məlumatına görə, baş prokuror Zakir Qaralov həbsdə olan "NİDA”çıların prezident İlham Əliyevə müraciət etməsi məsələsinə münasibət bildirərkən belə deyib.
.