Kanadanın Ontario əyalətində yerləşən Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Bu barədə Azərbaycan Kanadadakı səfirliyinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, Niaqara şəlaləsi 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə xüsusi dizaynla Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

 

.